Banner

Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ - YENİLƏNİB

Gündəm 14 Fevral 2026 16:27
Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Qasım oğlu Hacıyevə yeni vəzifə verilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ə.Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub.

***15:00
Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı, Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin vəzifəsindən azad olunmasının təfərrüatı məlum olub.

Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ədalət Hacıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

Məlumata görə, o, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin ediləcək.

Məsələ ilə bağlı Brilliant Dadaşova həyat yoldaşının işdən çıxarılmasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Ə.Hacıyevin yerinə Əməkdar artist Oleq Əmirbəyov təyinat alıb.

Oxunub 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh