Banner

“Britaniya ştammı” İsveçə də çatdı

Gündəm 27 Dekabr 2020 09:00 Oxunub 788
“Britaniya ştammı” İsveçə də çatdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsveçdə həkimlər “Britaniya ştammı”na ilk yoluxma hadisəsini qeyd alıblar.

TASS agentliyi bu barədə İsveçin səhiyyə idarəsinin nümayəndəsi Sara Büforsa istinadən xəbər verir.

“Sedermanland əyalətində İngiltərədə tapılan virusun mutasiya edilmiş növü aşkar edilib”, - deyə İsveç rəsmisi qeyd edib.

S.Büforsanın sözlərinə görə, xəstə İngiltərədən gəlib, hazırda karantin altındadır və yaxınları arasında virusa yoluxan yoxdur.

S.Büfors Böyük Britaniyadan İsveçə gələn hər kəsi koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh