Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş etdi: 3 nəfər saxlanılıb

İyunun 10-da axşam Sloveniyadan Böyük Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “easyJet” aviaşirkətinə məxsus olan və Lyublyana – London marşrutu ilə uçan təyyarə göyərtədə 3 şübhəli şəxsin olması ilə əlaqədar Köln aeroportuna təcili eniş edib. Sərnişinlər bu 3 kişinin terror aktları barədə danışdıqlarını eşidib. Eyni zamanda onların şübhəli çiyin çantası olub. Sərnişinlərin bu barədə məlumat verməsindən sonra təyyarənin kapitanı Köln aeroportuna təcili eniş barədə qərar verib. Təyyarə aeroportun təhlükəsizlik zonasına enib, sərnişinlər təyyarəni qəza pilləkəni ilə tərk ediblər. Təhlükəli çanta alman mütəxəssislər tərəfindən partladılıb, hazırda tərkibi öyrənilir. Şübhəli 3 şəxs saxlanılıb, ifadələri alınır. Təyyarədə də partlayıcı maddənin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış aparılıb. Aeroportun iş rejimi bir neçə saat pozulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












