BTQ-də qatarların hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır - FOTO

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır. Bu barədə Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. BTQ dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejimini müəyyən edilməsi üçün, “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi və “Ukrayna investisiya-konsaltinq” şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə sınaqlar keçirilib.
Bu sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə ( hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və s.) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.
Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük daşımaları Departamentinin yük və vaqon şöbələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.
Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















