BTQ dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

Bakı-Tbilsi-Qars (BTQ) dəmir yolu dəhlizinin istismara verilməsi Azərbaycan üzərindən daşınacaq tranzit yüklərin həcminin artmasına səbəb olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib. Bu marşruta böyük ümidlər bəslədiyini söyləyən C.Quliyevin sözlərinə görə, Avropaya kimyəvi və yeyinti məmulatları tədarük edən Mərkəzi Asiya ölkələri, habelə Rusiya kimi iri dövlətlər üçün bu dəmiryolu xətti olduqca əlverişli olacaq. "Misal üçün, Özbəkistan polimer məmulatlarını Avropaya Novorossiysk və Riqa limanları vasitəsilə çatdırır. Lakin Bakı-Tbilisi-Qars bu marşrutlardan daha əlverişlidir. Hazırda bizim marşrut iki - Xəzər və Qara dənizləri istiqamətlərindən ibarətdir. Ancaq BTQ istismara verildikdən sonra yüklər birbaşa Xəzər dənizindən BTQ ilə çatdırılacaq. Bundan başqa, Türkmənistanın karbamid kimyəvi məhsulu bu xətlə ixrac oluna bilər. Həmçinin, Rusiyanın taxılı var ki, tələbat 1 mln. ton təşkil edir. Türkiyə həmin taxılı emal edib, hazır məhsul kimi İraq və Suriya bazarında reallaşdırır. Hesab edirəm ki, BTQ-nin potensialı böyükdür. Əlverişli marşrut tranzit yüklərin də həcminin artmasına səbəb olacaq", - deyə C.Qulieyv əlavə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












