“BTQ dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi” - İlham Əliyev - VİDEO

"Bakı-Tbilisi-Qars'' dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur". Avtosfer.az-ın məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji perspektivlər: Avrasiya" adlı panel müzakirələrində deyib. Dövlət başçısı Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrildiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bəzi ölkələrinin neft təminatçısı olduğunu da vurğulayıb.
Dövlət başçısı Azərbaycanın özünü əsl müstəqil ölkə kimi təsdiq etdiyini və torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri olduğunu bildirib. Prezident həmçinin bildirib ki, Azərbaycana qarşı media azadlıgı ilə baglı tənqidlərin əsası yoxdur. "Dünya İqtisadi Forumunun açıqlamasına görə, Azərbaycanının iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb və bu bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır"-deyə prezident bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












