BTQ-nin icra olunmasında fərqlənən dəmiryolçular mükafatlandırılıblar - FOTO

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin icra olunmasında fərqlənən bir qrup dəmir yolu işçisinə Prezident İlham Əliyevin sərəncamı ilə verilmiş orden, medal və fəxri adlar Gürcüstan paytaxtındakı sahiblərinə təqdim olunub. Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, təqdimatda çıxış edən qurumun İdarə Heyətinin sədri Cavid Qurbanov Azərbaycanın təşəbbüsü ilə reallaşan BTQ layihəsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Asiya ilə Avropanı birləşdirən bu yolun istifadəyə verilməsi region dövlətlərinin inkişafında mühüm rol oynayacaq. Sədr həmçinin deyib ki, Azərbaycanın dövlət başçısının sərəncamı ilə 4 nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib, 3 nəfər 3-cü dərəcəli “Əmək Ordeni”, 23 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunublar. Təltif olunanlardan ikisi Gürcüstan vətəndaşlarıdır.
C.Qurbanov jurnalistlərə müsahibəsində isə bildirib ki, Azərbaycan əsrin ən iri 100 layihəsindən olan BTQ-ni istifadəyə verməklə nəyə qadir olduğunu dünyaya sübut edib: "Prezidentin bu mükafatı da dəmiryolçular qarşısında böyük vəzifələr qoyur. Dəmiryolçular bundan sonra daha əzmlə çalışacaqlar".
Sonra ADY-nin Gürcüstan filialının şöbə müdiri Murad Buadze, "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin rəisi Levani Konkava, ADY-yə məxsus "Dəmiryolservis” MMC-nin direktor müavini Cəmil Qasımov çıxış edərək İ.Əliyevə minnətdarlıq ediblər.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















