Bu aviaşirkətlər Qətərə uçuşları dayandırdı - SİYAHI

Ərəb ölkələrindən 6 aviaşirkət Qətərə uçuşları dayandırdığını elan edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, BƏƏ-nin “Emirates”, “Etihad Airways” və “Flydubai”, Səudiyyə Ərəbistanının “Saudia”, Bəhreynin “Gulf Air” və Misirin “Egypt Air” şirkətləri bu qərarı qəbul edib. Hazırda ölkə xaricindən Qətərə “Qatar Airways”, “British Airways”, “Lufthansa”, “Turkish Airlines” və “Pegasus” aviaşirkətləri ilə getmək mümkündür. Eyni zamanda məlum olub ki, “Qatar Airways” şirkəti Səudiyyə Ərəbistanına uçuşları dayandırmaq niyyətindədir. Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












