Bu avtobus sürücüsü ilə bağlı şikayət edildi – VİDEO

“Qəzanı önləmək üçün sürücü tez əyləcə basıb və sərnişinlərin həyatını qurtarıb. Ancaq sərnişinlər günahı sürücüdə görür və həmin hadisə ilə bağlı bizə onlarla şikayət daxil olub”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyev sosial şəbəkədə yazıb. Sözügedən hadisənin videogörüntüsünü təqdim edən M. Piriyev hadisənin araşdırıldığını və sürücünün günahsız olduğunu qeyd edib: “Yol hərəkəti iştirakçıları, xüsusilə fərdi avtomobil sürücüləri ictimai nəqliyyat vasitələrinə maneə yaratmamalı, hətta onun normal hərəkəti üçün şərait yaratmalıdırlar. Bütün rəsmi qaydalardan əlavə, ən azı içərisində daha çox insanın olduğunu nəzərə alaraq avtobusun hərəkətinə öncəlik verməlidirlər.
Ancaq təəssüf ki, bəzən avtomobil sürücüləri, xüsusilə taksilər avtobusa yol vermir, önünə keçir və ya dayanacağını zəbt edirlər. Sürücü və sərnişinlər arasında baş verən insidentlərin səbəblərindən biri də budur.
Əksər sərnişinlər isə bu cür hadisələr zamanı yaranmış vəziyyətdə bütün günahları avtobus sürücüsündə görürlər.
Məsələn, təqdim olunan bu videoda avtobus sürücüsü ani olaraq əyləci basmasa qəza hadisəsi baş vercək və xeyli sərnişin yaralanacaqdı. Ancaq sürücünün peşəkarlığı nəticəsində bu baş vermir. Həmin sürücü ilə bağlı isə onlarla şikayəti daxil olur və sürücünün cəzalandırılması tələb olunur. Real vəziyyət, hadisənin nədən baş verməsi isə sanki həmin sərnişinlərə maraqlı deyil.
Təbii ki, araşdırma aparılır və videogörüntüyə baxdıqdan sonra sürücünün günahsız olduğunu görürük və təəssüf ki, yenə də bəzi sərnişinlərə izah etmək olmur ki, burada sürücünün günahı yoxdur. Hətta dəvət edib videogörüntüləri əyani şəkildə nümayiş etdisək belə”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












