Bu avtobuslarda kondisionerlər niyə qoşulmur? - VİDEO

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır. Bu hal 32 nömrəli avtobusda hər gün yaşanır. Kondisionerlərin yandırılmaması avtobusda sərnişinlər sıx olduğu zaman problemi daha da böyüdür.
Gündəlik 17 mindən çox sərnişin daşıyan 32 nömrəli marşrut xəttinin avtobuslarında kondisioner sistemi qoşulmur.
"28 may" metrostansiyasından "8-ci kilometr" ərazisi üzrə sərnişin daşıyan 32 nömrəli marşurtda hər gün eyni vəziyyətdir. Havaların isinməsinə baxmayaraq, kondisioner sistemi qoşulmur. Sərnişinlər bildirirlər ki, avtobuslarda isti havalarda, xüsusilə də pik saatlarda kondisioner qoşulmayanda nəfəs almaq çətin olur.
Sərnişinlərin sözlərinə görə, bu problemlə bağlı sürücülərə dəfələrlə şikayət ediblər.
Məsələni aydınlaşdırmaq üçün sürücülərə yaxınlaşdıq. Sürücülərin bəziləri bizi görüb pəncərə açıq ola-ola kondisoneri yandırdı, bəziləri də pəncərələri bağlayıb, kondisoneri yandırmaq üçün hazırlıqlara başladı.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, işləməyən kondisioner sistemləri ilə bağlı "Baku Bus" MMC-yə müvafiq tapşırıqlar verilib.
Mais Ağayev sözlərinə görə, sərnişinlərin rahatlığını təmin etmək üçün qurum mütəmadi olaraq müvafiq yoxlamalar həyata keçirir.
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO










