Bu avtobusların son dayanacaq məntəqələri dəyişdirilib - SXEM

Paytaxtın inzibati ərazisində əsasən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 124, 195 və 197 nömrəli marşrut xəttləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, dəyişikliyə əsasən 15.04.2017 tarixindən müvafiq olaraq Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobuslarının son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib. Sərnişinlər “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər.
Məqsəd paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci sahə-Bayıl dairəsində müşahidə edilən sıxlığn da aradan qalxması baxımından da əhəmiyyətlidir.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY















