Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər XƏBƏRDARLIQ - VİDEO

Havalar isti keçdiyindən insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar. Lakin bəzi çimərliklər var ki, orada çimmək insan sağlamlığı üçün zərərlidir.
Burada çimmək dəmirov, vərəm kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Qəribədir ki, çimməyə gələnlərin əksəriyyəti də buradakı mövcud vəziyyətdən xəbərdardılar. Amma yenə də belə çimərliklərdən istifadə edirlər.
Çimərlikdən istifadə edənlər deyir ki, Türkan çimərliyi tarixən insanların ən çox üz tutduğu istirahət məkanıdır. Elə buna görə də çimərliyin təmizlənməsinə ehtiyac var. Bəzi vətəndaşlar isə illərdir ki, bu çimərliyə üz tutduqlarını, lakin hər hansı xəstəliyə yoluxmadıqlarını deyirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı analizlərin nəticələrinə görə,Türkan çimərliyi ilə yanaşı Şıx, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri bakterioloji cəhətdən çirkli müəyyən edilib. Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə norma daxilindədir.
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI










