“Bu, çox eybəcər bir şeydir” – Cavid Qurbanovdan etiraz

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədə tikinti sahəsində yaranan problemlərdən danışıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, Cavid Qurbanov söyləyib ki, ev, obyekt tikintisi aparırsansa, onu özəlləşdirsən də altındakı mülkiyyət (yəni torpaq) sənə aid deyil:
“Bizdə evi satırlar, amma evin altındakı torpaq əmlakının ayrıca özəlləşdirilməsini tələb edirlər. Bu, çox eybəcər bir şeydir. Ona görə də təklif edirəm ki, heç olmasa tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin”. Deputat Vahid Əhmədov və Tahir Mirkişili isə əlavə edib ki, bu yaxınlarda Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdə bu məsələlər müəyyən mənada öz əksini tapıb.
Cavid Qurbanov isə əlavə edib ki, belə olan təqdirdə, bəs rayon icra hakimiyyətlərinin tikinti aparmaq üçün verdiyi sərəncamlar nəyə lazım olacaq?
“Ona görə də, bu anlaşılmazlığın və problemin aradan qaldırılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinə millət vəkilləri adından müraciət ünvanlayaq”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












