Bu da Bakının "dağ Venesiyası" – VİDEO

Paytaxtın Bayıl qəsəbəsinin sakinlərinin şikayəti bizi həmin ərazidə çəkiliş aparmağa sövq etdi. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, uzun müddətdir sosial problemlərdən əziyyət çəkən vətəndaşlara aidiyyatı orqanların rəyi nə oldu, materialdan biləcəksiniz. Gülbala Əliyev küçəsindəki bu vəziyyət təkcə yağışın fəsadından yaranmayıb. Sakinlər deyirlər ki, hava isti olanda da eyni hal müşahidə edilir. Problem həm kanalizasiya xəttindən, həm də yol çəkilərkən bərkitmə işlərinin aparılmamasından qaynaqlanır. Sakinlər problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətini də məlumatlandırıblar. Qurumdan aldığımız şifahi məlumata görə, bu məsələ Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi qarşısında qaldırılıb. Həmin birliyin şöbə müdiri Fərhad Qənbərovsa deyir ki, yolun bərbası ancaq kanalizasiya problemi həll edildikdən sonra mümkündür. Qurum rəsmisi kanalizasiya problemilə əlaqədar aidiyyatı orqanlara müraciət etdiklərini deyir. "Azərsu" Açıq Səhmdar cəmiyyətindən verilən məlumata görə isə, adıçəkilən küçə ilə bağlı problemlərin həlli 2017-ci ildə nəzərdə tutulub. Ərazi böyük olduğu üçün proses uzun vaxt alır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












