Bu dairədə piyadalar və avtomobillər öz qaydalarını işə salır - VİDEO

Bu ərazidə həmişə avtomobillər və piyadalar qaydalara məhəl qoymadan hərəkət edir.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisənin görüntüləri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Kadrlardan da məlum olduğu kimi video 20 yanvar dairəsində lentə alınıb. Belə ki, motosikletin hərəkətini gözardı edən piyadaların rahatlığı və avtomobil yolunu parkla səhv salmaları diqqət cəlb edir. Hətta ilk kadrlarda arxadan gələn motosikleti gözardı edən sürücü və sərnişin də gözdən qaçmır. Maraqlı məqamsa işıqforun qırmızı işığına arxalanan piyadaların yolun sağ və sol istiqamətinə baxmadan əminliklə yolda hərəkət etmələridir. Digər tərəfdən taksi sürücülərinin daim tıxac yaradaraq nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırması da aktuallığını qoruyub saxlayır. Günün istənilən saatında sıxlığın əksik olmadığı bu ərazidə təəssüf ki, problemin həlli istiqamətində irəliləyiş yoxdur.
Qeyd edək ki, hər zaman tıxac və qayda pozuntularıyla gündəmdə olan 20 yanvar dairəsini sosial şəbəkə istifadəçiləri “Hindistan”, “Banqladeş” kimi ölkələrə bənzədib.
Nərmin
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










