Bu dəfə “28 Mall”da peyvənd izdihamı - VİDEO

Bakının “28 Mall” Ticarət Mərkəzində təşkil olunmuş vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması, vətəndaşlar arasında yaşanan izdihamla bağlı görüntülər yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, onlarla vətəndaş vaksin məntəqəsinin qarşısına toplaşıb. Aralarında heç bir sosial məsafə gözlənilmir, vaksin növbəsi tənzimlənmir.
Yaranmış problemlə bağlı paytaxtda səyyar vaksinasiyaları təşkil edən TƏBİB-lə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış “Qafqazinfo”ya bildirdi ki, səyyar vaksinasiyanın təşkil olunduğu məkanlarda TƏBİB yalnız tibbi xidmətin göstərilməsi ilə məşğuldur:
“Vaksinasiya üçün gələn vətəndaşların peyvəndlənmə prosesində növbəlilik sisteminə əməl etməsinə nəzarət təəssüf ki, orada xidmət göstərən tibbi personalın imkanları xaricindədir. Ümumiyyətlə isə, səyyar vaksinasiya zamanı bu prosesə adətən peyvəndlənmənin təşkil olunduğu müəssisə və qurumlar tərəfindən nəzarət olunur”.
Xatırladaq ki, bundan əvvəl də eyni ünvanda səyyar vaksinasiya zamanı sıxlıqla bağlı görüntülər yayılmışdı. Həmçinin, indiyə qədər dəfələrlə poliklinikalardakı peyvənd izdihamları haqda məlumatlar yayımlanıb. Yoluxma sayının çox olduğu vaxtda bu növbələrin xüsusən təhlükəli olduğu bildirilir. Rəsmi qurumlar isə açıqlamalarında növbələrə səbəbi əsasən, vətəndaşların növbə götürmədən poliklinikaya gəlməklərində, vaksin olunmağı son günə saxlamaqlarında görürlər.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










