Bu dəfə qadın sərnişin avtobus sürücüsünü bıçaqladı - FOTO

Türkiyənin Tekirdağ valiliyinin Çorlu mahalında sərnişin avtobusuna minən Mansura A. adlı bir qadın heç bir mübahisə yaşanmadığı halda çantasından çıxardığı bıçaqla sürücü Ferhan Yakinin qarnından qəfil bıçaqlayıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, hadisə Tekirdağ Böyükşəhər Bələdiyyəsinə aid 59 ZC 475 nömrəli avtobusda baş verib. Avtobusdakı sərnişinlər Mansura A. -ya müdaxilə edərək əlindəki bıçağı aldıqdan sonra polis xəbər veriblər. Ferhan Yakin təcili yardım maşını ilə Çorlu Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə altına alınıb. Yakinin vəziyyətinin yaxşı olduğu bildirilir. Polis tərəfindən nəzarətə alınan Mansura A. isə dindirilmək üçün şöbəyə aparılıb. Qeyd edək ki, anoloji hadisə iki gün öncə Bakıda da təkrarlanmışdı. Qadının hücumuna məruz qalan sürücü bıçaqlanmasa da, əl-qol hərəkətləri, söyüş və təhqirlərə məruz qalmışdı.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












