Bu dəfə torpaq oğurladılar - Maşınla - VİDEO

Bu dəfə sizə torpaq satanlardan danışacağıq. Amma, daşınmaz əmlak yox, yük maşını ilə torpaq satanlardan. Belə şəxsləri yüksək məbləğdə cərimə gözləyir. Bağ qazılaraq torpağı daşınıb. Naməlum şəxs və şəxslər bu dəfə torpaq oğurlayıblar.
Elşən Nəbiyev Novxanı bağlar massivində yerləşən bağına gələrkən gördüyü mənzərədən təəccüb hissi keçirib. Bağda olan torpaq səhəsindən 1050 kub torpaq qazılaraq oğurlanıb. Belə hallara tez-tez rast gəlinməsə də torpaq satışını gündəmə gətirib. Bakıda əkinə yararlı torpaq satanlar əsasən Binəqədi rayonu Sulutəpə qəsəbəsində Şamaxı yolunun üzərində toplaşırlar. Ancaq çəkilişi görəndə uzaqlaşmağa başladılar. Məlum oldu ki, onlar torpağı müxtəlif bölgələrdən gətirməklə bir maşınını 90-160 manat arasında satırlar. Qısa söhbətdə məlum oldu ki, onlar torpağı rayonlardan özbaşına yığıb gətirirlər.
Bəs əkinə yararlı torpağın qazılaraq satılmasına qanun icazə verirmi? İnzibati Xətalar Məcəlləsinə uyğun fizik şəxslər 100- 600 - vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 6000-8000 manat arası məbləğdə cərimə olunurlar.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












