Banner

Bu ərazidə qayda pozan piyadalar yenidən cərimələnir - Keçiddən keçin! - VİDEO

Gündəm 20 İyul 2023 22:17 Oxunub 5824
Bu ərazidə qayda pozan piyadalar yenidən cərimələnir  - Keçiddən keçin!   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qayda pozuntusuna baş vuraraq avtomobillərin hərəkətinə məhəl qoymayan piyadaların sayı gündən-günə artır. Bu da öz növbəsində piyada vurulmasıyla nəticələnən qəzaların çoxalmasına gətirib çıxarır. Təəssüf ki, baş vermiş bu qəzalarda günah payı piyadanın üzərinə düşür. Geniş vüsət alan bu prosesin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi (DYP) lazımi tədbirlər icra edir.
Avtosfer.az-ın məlumatına əsasən, paytaxtın Azadlıq prospektində - 28 May metrostansiyası yaxınlığında polis əməkdaşları yenidən piyadaların hərəkətinə nəzarət edir. Onlar 28 Mall ticarət mərkəzinin arxa çıxışında dayanaraq piyada keçidindən istifadə etməyən şəxslərə cərimə tətbiq edirlər. Belə ki, ticarət mərkəzinin qarşı tərəfində keçidin mövcud olmasına baxmayaraq işini asanlaşdıran şəxslər yolun aşağı hissəsinə üz tuturlar. Nəticədə özləriylə yanaşı sürücülərin də canını təhlükəyə atırlar.
Qeyd edək ki, DYP bir müddət əvvəl də ərazidə lazımi tədbiri görüb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh