Bu ərazidə yolun üzərində evlər inşa edilir - VİDEO

Abşeron rayonunda avtomobillərin hərəkəti üçün ayrılan yolda evlər inşa edilir.
Məlumata görə, söhbət rayonun Məmmədli qəsəbəsi Zülfi Adıgözəlov küçəsindəki avtomobil yolundan gedir. Sakinlər iddia edirlər ki, rieltorlar yolu zəbt edib və evlər inşa edirlər. Odur ki, ərazidə avtomobillərin hərəkətinə yer qalmır.
Sakinlərin iddiasına görə, məsələ ilə bağlı aidiyyəti qurumların ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə rəyləri var, amma buna əhəmiyyət verən yoxdur.
Məsələ ilə bağlı suallarımızı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladıq. Bildirildi ki, icra hakimiyyəti tərəfindən qeyd olunan ünvanda aparılan tikinti işlərinə heç bir icazə sənədi verilməyib. Qurumdan o da qeyd olundu ki, əraziyə baxış keçirilib və aparılan tikinti işlərinin dayandırılması ilə bağlı tapşırıq verilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










