Bu gecə şəhərə bu küçədən girə bilməyəcəksiz

Bakının mərkəzi küçələrindən biri olan Üzeyir Hacıbəyov küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Formula 1 yarışı ilə əlaqədar olaraq bu gecə saat 00.00-dan etibarən iyunun 10-da, saaat 15.00-dək Cavanşir körpüsü istiqamətindən bütün nəqliyyat vasitələrinin hərəkəti dəyişdiriləcək: "Konkret olaraq Yusif Səfərov-Afyəddin Cəlilov küçələrinin kəsişməsindən, həmçinin Yusif Səfərov-28 May küçələrinin kəsişməsindən istiqamət dəyişdiriləcək".
Bölmə rəisi qeyd edib ki, sürücülərə alternativ yol kimi Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsindən yalnız sağa, metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına doğru, Yusif Səfərov-28 May küçələrinin kəsişməsindən isə 28 May küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinə doğru hərəkət etmək təklif olunur: "Sürücülərdən xahiş ediirik ki, həmin istiqamətdə avtomobillərdən mümkün qədər istifadə edilməsin. Ümumiyyətlə, Formula 1 yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş Neftçilər prospekti Dənizkənarı Bulvar boyu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Puşkin, Xaqani, Zərifə Əliyeva, Akademik Əziz Əliyev küçələri, Bülbül prospekti, Qoşa Qala Qapısı istiqamətlərdə, eyni zamanda kəsişən bütün küçə və prospektlər üzrə şəxsi avtomobillərdən maksimum dərəcə az istifadə olunması tövsiyə edilir. Yarışlara çox az vaxt qalıb. Hazırda həmin istiqamətlər üzrə hərəkət qismən məhdudlaşdırılıb. Ona görə də yollarda sıxlığın yaşanmaması və tıxaca düşməməsi üçün bu tövsiyələrin nəzərə alınması xahiş edilir".
Emin
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA











