Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ

Bu gün Yer kürəsində güclü maqnit qasırğası gözlənilir.
Avtosfer.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası xəbərdarlıq edir ki, Günəşdəki nəhəng koronal dəlik planetimizdə geomaqnit dalğalanmalarına səbəb olacaq.
Son sutka ərzində Günəş küləyinin sürəti artıb və bu, geomaqnit indekslərinin yüksəlməsinə gətirib çıxarıb. Alimlərin bildirdiyinə görə, budəfəki qasırğanın mənbəyi Günəşin cənub qütbündən şimal qütbünə qədər uzanan və vizual olaraq böyük bir "çat"ı xatırladan nəhəng koronal dəlikdir.
Mütəxəssislər qeyd edir ki, həmin struktur bir ay əvvəl də aktiv olub və həmin vaxt Yer kürəsində G1-G2 (orta) səviyyəli maqnit qasırğaları yaradıb. Hazırda dəliyin forması və ölçüsü dəyişmədiyi üçün builki təsirin də oxşar gücdə olacağı proqnozlaşdırılır.
Hesablamalara görə, maqnit qasırğası 13 mart gecə yarısına yaxın başlayacaq.
Əgər proqnozlar özünü doğrultsa, qasırğanın təsirindən bir çox bölgələrdə nadir təbiət hadisəsi olan şimal parıltısı müşahidə edilə bilər.
Xatırladaq ki, maqnit qasırğaları zamanı meteohəssas insanlarda baş ağrısı, halsızlıq və təzyiq dəyişikliyi müşahidə oluna bilər. //Publika.az
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












