Bu gün 15 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, yarımadada və paytaxtda mülayim cənub-qərb küləyi əsəcək. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeronda gecə 4-7, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Fevralın 2-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan, 2 dərəcəyədək isti, gündüz 6 dərəcə isti olacaq.
Fidan
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












