Bu gün ay tutulması olacaq

Bu gün cari ilin ikinci ay tutulması baş verəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə günbatandan sonra Azərbaycandan da müşahidə olunacaq. Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş verib. ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında isə tam Günəş tutulması baş verəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












