Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günüdür. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 1997-ci ildən fevralın 2-si ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü elan olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, keçən il yanvar ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin 2,6 milyon nəfərini və ya 27,1 faizini gənclər təşkil edir. Gənclərin 51,2 faizi şəhər yerlərində, 48,8 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,8 faizini qadınlar təşkil edir. 2005-ci illə müqayisədə gənc analar tərəfindən doğulan uşaqların sayı 18,7 faiz artıb və bütövlükdə doğulan körpələrin 81,8 faizi gənc ailələrdə dünyaya gəlib. Ötən il ölkədə nikaha daxil olanların 78,7 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,5, qadınların isə 23,6-dır. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 22,4 faiz, qadınların isə 39,6 faiz təşkil edir. Elmi fəaliyyətlə maraqlanan gənclərin bir hissəsi öz təhsilini fəlsəfə doktorlarının hazırlanması proqramında davam edirlər. 2016-cı ilin əvvəlinə 111 fəlsəfə doktorlarının hazırlanması proqramını həyata keçirən müəssisələrdə 2282 nəfər təhsil alıb və onların da 1323 nəfəri və ya 58 faizi 30 yaşa qədər olan gənclərdir. Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu var. 2016-cı ilin əvvəlinə tədqiqat və işləmələrlə məşğul olan 16 min nəfər tədqiqatçının 3141 nəfəri və ya 14 faizi 30 yaşa qədər olan gənclərdir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












