Bu gün Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür

Yanvarın 30-u Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür.
1992-ci ilin bu günü Azərbaycanın dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət orqanlarından biri olan müstəqil gömrük sisteminin əsası qoyulub. Uzun illərdir bu sistem hesabına ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ən mühüm strateji sərvətlərin ölkədən çıxarılmasının qarşısı alınır.
Ümumilikdə isə Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Belə ki, gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkilinin ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş tutmasına baxmayaraq, tarixən mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərib.
Rəsmi şəkildə Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədi ilə ilk dəfə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmiryolu stansiyasında gömrük postları yaradılıb. 1918-ci il avqustun 10-da isə Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi qəbul edib.
Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədi ilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılıb və burada 992 gömrük işçisi keşik çəkib. Lakin aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan verməyib.
71 illik SSRİ dövründə isə Azərbaycanda gömrük sistemi mövcud olmayıb. Bu iş ittifaq orqanları tərəfindən həyata keçirilib.
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










