Bu gün Azərbaycanda Mülki Aviasiya Günü qeyd edilir

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-də Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşaraq respublikada mülki aviasiyanın təşəkkülünün əsasını qoyub. Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Administrasiya mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Administrasiya işçilərinin ümumi say tərkibi 49 ştat vahidi təşkil edir. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor və onun iki müavini rəhbərlik edir. Hazırda Administrasiyanın direktoru Arif Əhməd oğlu Məmmədovdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












