Bu gün bağlanan yolların SİYAHISI və nəqliyyatın hərəkət CƏDVƏLİ

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış günü ilə əlaqədar Bakı yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Avtosfer.az-ın məlumatına görə, bağlanış mərasimi ilə əlaqədar bu gün Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq. Həmin ərazilərdən istifadə edən sürücülər Aeroport istiqamətinə getmək üçün Balaxanı yolundan, yaxud da Zığ yolundan istifadə etməklə aeroport yoluna çıxa bilərlər. Tamaşaçılar bağlanış mərasimini izləmək üçün Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər. Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-də bitəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilib. Bundan başqa, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə tamaşaçılar (saat 17-00-dən 20.00-dək) 3 ekspress xətti üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra da tamaşaçılar ekspress xətt üzrə 3 istiqamətə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Qeyd edək ki, bağlanış mərasimi zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması ödənişsiz olacaq. Bundan başqa, Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, ictimai nəqliyyatın hərəkəti də dəyişəcək.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










