Bu gün Bakıda həyat iflic ola bilər - Rəsmi xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova oktyabrın 12-nə olan hava proqnozunu açıqlayıb: "Oktyabrın 12-dək buludlu hava şəraiti müşahidə ediləcək. Yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və gündüz arabir güclənəcək. Havanın temperautu gecə saatlarında 14-17, günorta saatlarında isə 20-23 dərəcə olacaq. Şərq rayonlarında yağış yağacaq, arabir şimşək çaxacaq. Günorta saatlarında bəzi rayonlarda yağıntılarda qısa faislələr olacaq, dağlıq ərazilərdə havanın temperaturu 6-15, gündüz isə 14-19 dərəcə olacaq”.
Havaların yağmurlu keçməsi sürücülərlə yanaşı piyadaları da narahat edir. Səbəb küçələrdə kanalizasiya sistemlərinin işlək vəziyyətdə olmaması, yağış sularını ötürə bilməməsidir. Nəticədə nəqliyyat iflic olur, sürücülər və vətəndaşlar vəziyyətdən şikayətlənir. Məsələ ilə bağlı "Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı ilə danışdıq. Görəsən sabaha müəyyən tədarük görülübmü?
Avtosfer.az xəbər verir ki, A.Cəbrayıllı kanalizasiya sistemində olan problemlərlə razılaşmayıb. Onun sözlərinə görə, kanalizasiya sistemində heç bir problem yoxdur, hər şey qaydasındadır. Mətbuat katibi intensiv yağışların yağması ilə əlaqədar olaraq yaranan arzuolunmaz vəziyyəti yağış kanalizasiya sistemlərinin olmaması ilə izah edib: "Yağışlar intensiv xarakter alarsa, bu zaman kanalizasiya sistemində müəyyən problemlər yaranır ki, bunun da əsas səbəbi həmin sistemin yağış suları üçün deyil, məişət təsərrüfat suları üçün hesablanmasıdır. Yağış kanalizasiya sistemlərinin olmaması nəticəsində arzuolunmaz mənzərə ortaya çıxır. Nəticədə bizim kanalizasiya sistemimizin fəalaiyyəti korlanır”.
A.Cəbrayıllı şəhərdə nəqliyyatın hərəkətinin yolları basan su səbəbindən iflic olmasının qarşısını almaq üçün yağış kanalizasiya sisteminin quraşdırılmasının vacibliyini vurğulayıb.
Bu isə o deməkdir ki, havanın yağmurlu keçməsi yenidən nəqliyyatı iflic vəziyyətə salacaq. (cebhe.info)
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










