"Bu gün Bakıda xəsarətlə nəticələnən yol qəzası olmayıb" - Vaqif Əsədov

15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07:30 radələrindən etibarən yol polisi əməkdaşları təhsil müəssisələrini və ətraf ərazidəki avtomobil yollarını, piyada keçidlərini nəzarətdə saxlayır: "Hələlik paytaxt ərazisində tıxac yaranmayıb, yol polisləri yol ayrıcları və piyada keçidlərinə nəzarəti davam etdirir. Paytaxtda cüzi sıxlıq yalnız təhsil müəssisələrinin ətrafında baş verir. Bu da gözləniləndir. Hazırda yol polisi əməkdaşları paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, insanların rahat hərəkəti üçün tədbirlərini davam etdirirlər".
V.Əsədov qeyd edib ki, hələlik paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verməyib.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












