Bu gün bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədi ilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O deyib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə tədbir başlanandan qurtaranadək, yəni səhər saat 07:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından və Parlament prospekti, digər küçə və prospektlərdə – Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.
Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan istifadəyə üstünlük versinlər. “Diqqətə çatdırırıq ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”, - deyə, V.Əsədov əlavə edib.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












