Bu gün çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda ilaxır çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında "yer çərşənbəsi" və ya "ilaxır çərşənbə" kimi də tanınır. Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Axır çərşənbəyə aid bəzi el adətləri: "Axır çərşənbədə çimərlər", "Axır çərşənbədə evdən pul verməzlər", "Axır çərşənbə günü borc un verməzlər", "Axır çərşənbə günü zahı üstünə getməzlər", "Axır çərşənbə gecəsi tez yatmazlar", "Axır çərşənbə gecəsi evdə qazan asarlar", "Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar" və s.
Torpaqla bağlı atalar sözləri : "Torpağa əyilən namərdə əyilməz", "Torpağa xor baxsan, o sənə kor baxar", "Torpaq müqəddəsdir", "Torpaqda itki olmaz, kötüksüz bitki olmaz", "Sular hərəkətlidir, Torpaq bərəkətlidir", "Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!" və s.
İlaxır çərşənbəyə dair inanclar: "Çərşənbə günü təzə evə köçən bəlaya düşər", "Axır çərşənbə axşamı küsülülər barışarlar", "Axır çərşənbə gecəsində nəhs danışmaq olmaz", "Axır çərşənbə gecəsi ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: "Qoy odlu-ocaqlı olsun!".
"Report"
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










