Bu gün Dünya Kosmonavtika Günüdür – VİDEO

Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu günün keçirilməsi 56 il əvvəl, 1961-ci il 12 aprel tarixində o vaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır. Qaqarin həmin gün “Baykonur” kosmodromundan “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də ayrılmışdır. 108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönür. Yuri Qaqarinin uçuş zamanı kod adı Kedr, Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə “Zarya 1” olmuşdur. Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edir. Buna görə də onu nəzərdə tutulan kimi 10 minlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi 2 nəfər qarşılayır. Məlumat üçün qeyd edək ki, o vaxt dövlətin rəsmi xəbər agentliyi olan TASS mümkün bütün variantları nəzərə alaraq uçuşun gedişatında oxumaq üçün 3 ayrı mətn hazırlamışdı. Bunlardan ilki sistemdə hər hansı bir qəza baş verərsə, yerə təcili eniş etmək üçün, ikincisi, kosmonavtın həyatını itirməsi halında oxumaq üçün və nəhayət, üçüncüsü isə Yuri Qaqarinin dünya tarixində ilk dəfə Yerin orbitini tam dövr etməsi uğurla başa çatdığı halda vermək üçün hazırlanmışdır.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












