Banner

Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək

Gündəm 5 Dekabr 2025 11:11 Oxunub 98
Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu gün saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.

Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2.5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh