Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır

Bu gün Rusiyanın Krasnoyarsk şəhərindən (Yemelyanov Beynəlxalq Hava Limanı) Bakıya yeni bir birbaşa aviareys açılır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, uçuşları "Nordwind Airlines" aviaşirkəti (Rusiya) həyata keçirəcək. Reyslər oktyabrın 4-dək davam edəcək. Qeyd edək ki, "Nordwind" aviaşirkəti hər həftənin çərşənbə günü uçuş təşkil edəcək. Krasnoyarskdan uçuş yerli vaxtla saat 11:50-də (Bakıya çatma - 14:05), əks istiqamətdə isə Bakı vaxtı ilə saat 16:25-də (çatma - 00:10) "Boeing 737-800" tipli təyyarələrlə yerinə yetiriləcək. Xatırladaq ki, hazırda "İrAero" aviaşirkəti də Krasnoyarskdan Bakıya uçuşlar həyata keçirir. Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də baş tutub. Birinci reysdə hava gəmisinin yüklənməsi 100% olub. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək (oktyabrın 25-dək) davam edəcək. "Nordwind Airlines" 2008-ci ildən fəaliyyət göstərir və 11 ölkənin 52 şəhərinə uçuşlar yerinə yetirir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












