Banner

Bu gün neçə nəfər virusa yoluxub? - RƏSMİ

Gündəm 26 Avqust 2021 15:35 Oxunub 852
Bu gün neçə nəfər virusa yoluxub? - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib. 46 968 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, bu günə qədər isə ümumilikdə 4 379 510 test icra olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh