Bu gündən Bakının küçələri bağlandı

Bu gecədən etibarən paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamətləri dəyişdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.
Rəisin sözlərinə görə, bu məhdudiyyət Bakıda ilk dəfə təşkil olunan Formula 1 üzrə Avropa Qran Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi ilə bağlıdır. V.Əsədov bildirib ki, “Azadlıq” meydanından başlayaraq A.Puşkin, Xəqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yol ayrıcları, yol qovşaqlarına məhdudiyyət tətbiq olunur.
"Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Cənub tərəfdən Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından Cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov–Yusif Səfərov, Yusif Səfərov–28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Füzuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilib".
Hərəkət iştirakçılarına qeyd edilən istiqamətlər üzrə genişləndirilən iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir. "Bakı Şəhər Halqası trek boyunca yarışların keçirildiyi küçə və prospektlərdə, meydan və dairələrdə nəqliyyat sıxlığının, tıxacların yaranmaması, hərəkət iştirakçılarının rahat və fasiləsiz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir".
BŞDYP-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi sürücülərə müraciət də edib. O, hərəkət iştirakçılarından A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobil saxlamamağı xahiş edib. Onun sözlərinə görə, əks halda trek boyunca nəzərdə tutulmayan yerlərdə park edilən avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı yol polisi lazımi tədbirlər görəcək.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










