Bu günə olan hava PROQNOZU

Aprelin 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Fidan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












