Bu günə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, martın 4-ü gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Fidan
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












