Bu günə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz50-55% təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, aprelin 4-5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 6-da gündüz atmosfer təzyiqinin bir qədər enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Fidan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












