Bu günə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












