Bu günün hava proqnozu - 24 dərəcə isti olacaq

Martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Martın 23-də Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Martın 24-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Fidan
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










