Bu günün hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütünundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Fidan
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












