Bu günün hava proqnozu AÇIQLANDI

Dekabrın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Fidan
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












