Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır. Avtosfer.az xəbər verir ki, qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova Medicina.az-a bildirib ki, enerji içkiləri insanları məhvə aparırır: "Mən bu içkilərə enerjiverici yox, enerjisovurucu, enerjidağıdıcı içkilər deyirəm. Çünki tərkibində elə maddələrin birləşməsi, yüksək kofein vardır ki, bunların artıq dozada qəbulu insanı məhvə aparır”.
Mütəxəssis bu içkilərlə bağlı daha çox yayılan "Energetik içkilərdə öküz sperması, sidiyi qatılır” şayiələrə də münasibət bildirib: "Energetik içkilərin tərkibində Taurin var. Bu bir amin turşudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu, daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurin istifadə olunur. Energetik içkilər o qədər çox istehsal olunur ki, ehtimal var ki, taurin məhz öküz spermasından qaynaqlanır. Təhlükə təkcə taurin deyil ki.. İçkilərin tərkibində şəkər, kofein də çoxdur.
İnsan orqanizminin gündəlik kofein norması 300-400 mq-dır. Gün ərzində çay, kofe, qazlı içkilər, bəzi yeməklərlə kofein dozasını alırıq. İndi təsəvvür edin, bir-iki banka da energetik içki içərsə, orqanizmə sanki kofein bombası düşür, beyin, qan dövranı, ürək, sinirlər ikiqat yüklənir, sürətlə işləyir və 1 saatın içində olan-qalan enerjini də aparır. Halbuki həmin enerji 1 gün bəs edərdi. Ona görə uşaqlar, gənclər yatmır, yatsa da yuxudan doymur, yorğun, halsız, key kimi olur.
Nevroz, nevrasteniya, apatiya, yorğunluq, bir sıra beyin pozulmaları başlayır”.
Leyla Zülfüqarova bu içkilərin ölümə səbəb ola biləcəyini istisna etməyib: "Avropada və Rusiyada bu içkiləri çox qəbul edən 1-2 gəncin ölümü faktları var. Azərbaycanda bu fakt var, ya yoxdur, dəqiq bilmirəm. Bəlkə də hər hansı gənc ürək tutmasından vəfat edib, amma heç kim onun energetik içki qəbul edib-etməməyinin fərqinə varmayıb.
Energetik içkilər 2 cür olur: alkoqollu və alkoqolsuz. Alkoqolluda dediklərim ikiqat dozadadır. İstirahət mərkəzlərində masada energetik alkoqollu və digər spirtli içkilər görürük. Bunlar birgə qəbul olunur, bu isə fəlakətdir. Ona görə yollarda vəhşiləşmiş sürücülər artır. Energetik içkiləri davamlı olaraq qəbul edən sürücülər təhlükə mənbəyidir.
Son zamanlar insanlarda vəhşilik, quduzlaşma, canavarlaşma sindromu çoxalıb. Kişilər ətrafa, özünə, ailəsinə qarşı qəddarlaşır. Mənəvi – maddi problemləri önə çəkirlər, amma birinci növbədə nə yeyib-içdiyimizə diqqət yetirməliyik. Xüsusən analar oğlan uşaqları və yeniyetmələri bu içkilərdən uzaq tutmalıdır”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










