Bu il avtobusla 503 milyon, taksi ilə 20 milyon sərnişin daşınıb

Cari ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 39,6 mln. ton yük, 522,7 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb. Sərnişinlərin 96,2%-i (502 milyon 837 min 400 nəfər) avtobus, 3,8%-i (19 milyon 862 min 600 nəfər) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Bundan başqa, avtomobil nəqliyyatı ilə qeyd olunan dövrdə daşınan yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Qeyd edək ki, ümumilikdə cari ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda sərnişindaşımaların 87,8%-i, yükdaşımaların isə 59,9%-i avtomobil nəqliyyatının payına düşür.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












