Bu il Azərbaycanda 1 milyon tondan çox benzin istehsal olunub

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 487,3 mln. manat olub. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,6% azalıb. Əsas neft məhsullarından 1 048,0 min ton avtomobil benzini istehsal olunub ki, bu məhsul üzrə istehsal ötən ilin 11 ayı ilə müqayisədə 6,8% azdır. Hesabat dövründə ölkədə istehsal olunan dizel yanacağının miqdarı 2 147,2 min ton təşkil edib ki, bu göstərici də ötən ilin müvafiq dövründən 17,8% az olub.
Təhlil olunan dövrdə 175,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 579,0 min ton ağ neft, 457,6 min ton yanacaq mazutu, 9,2 min ton sürtkü yağları, 170,2 min ton neft bitumu, 184,9 min ton neft koksu istehsal olunub. İllik müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5,2%, ağ neft - 8,7%, sürtkü yağları - 63,1%, neft koksu - 16,8% azalıb, yanacaq mazutunun istehsalı 50%, neft bitumunun istehsalı isə 7% artıb.
Fərid
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












