Bu il Azərbaycandan keçən yük avtomobillərinin sayı 1,5 dəfə artıb

"Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb". Avtosfer.az-ın salamnews-a istinadən məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev deyib. Nazir bildirib ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2017-ci ilin yanvar-iyun aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında ölkə ərazisindən ümumilikdə 5,5 milyon ton yük daşınıb. Yüklərin 4,4 milyonu (80%) neft və neft məhsullarının, 1,1 milyonu isə (20%) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23%, qeyri-neft məhsullarında isə 36% artım müşahidə olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












