Bu il Bakı metrosunda yeni kondisionerli qatarlar görəcəyik

Rusiyanın “Metrovaqonmaş” ASC və “Bakı Metropoliteni” QSC yeni qatarların alışı üçün müqavilə imzalayıb. Trend-in məlumatına görə, müqaviləyə əsasən Rusiya şirkəti Azərbaycana iki beşvaqonlu qatar tədarük edəcək.
Vaqonların xidmət müddəti 31 il təşkil edir. Müqaviləni “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.
Yeni vaqonların ilk hissəsinin Bakıya göndərilməsi bu ilin martında nəzərdə tutulub. Müqavilənin icrasının 2018-ci il ərzində başa çatması gözlənilir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən yeni qatarların alınması faktını təsdiqləyiblər.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Trend-ə bildirib ki, QSC "Metrovaqonmaş"la müqavilə imzalayıb:
"İki yeni qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Hər biri 5 vaqondan ibarət qatarlar 4-cü nəsil texnologiyalıdır. Bu qatarlar sonuncu dəfə aldığımız qatarlardan bir neçə üstünlüyü ilə fərqlənir, kondisioner sistemi ilə də təchiz olunub. Qatarların 2018-ci ildə Bakıya gətirilməsi planlaşdırılır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












