Bu il Beynəlxalq Aeroport 305 min sərnişinə xidmət göstərib

Bakı - 2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib. AZAL-ın mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur. Cari ilin yanvar ayı ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 37 min sərnişin düşmüşdür ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur.
264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










